Qəbələdə ətraf mühiti çirkləndirənlər cəzalandırılıb
Qəbələdə ətraf mühitin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara məişət tullantılarının və tütün məmulatlarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, eləcə də istirahət mərkəzlərinin zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması aşkar edilib ki, polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər mütəmadi davam etdirilir.
Oxşar xəbərlər
Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Biləsuvarda ətraf mühiti zibilləyənlər cəzalandırılıb
Dəniz sahilini zibilləyənlər cərimələnib
Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib - FOTO
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













