Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək
Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan keçməli olacaqlar.
"Far.Az" xəbər verir ki, bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
Onun sözlərinə görə, yeni tələb maliyyə icarəsi bazarında fəaliyyətin tənzimlənməsinə, istehlakçı və investor hüquqlarının daha yaxşı qorunmasına xidmət edəcək:
"Artıq lizinq təşkilatları ilə bağlı qanunda anlayışlar verilib. Əgər təşkilatın adında "lizinq təşkilatı", "maliyyə icarəsi" və digər bu kimi ifadələr varsa, həmin təşkilatlar reyestrdən keçdikdən sonra fəaliyyət göstərə biləcəklər. Yəni bu, həm istehlakçı hüquqlarının, həm də investorların qorunmasına xidmət edəcək".
X.İsmayılov qeyd edib ki, beynəlxalq təcrübədə, o cümlədən Türkiyədə maliyyə icarəsi ilə məşğul olan təşkilatların aktivləri maliyyə sektorunda əhəmiyyətli paya malikdir:
"Türkiyə daxil olmaqla, müxtəlif ölkələrdə maliyyə icarəsi ilə məşğul olan təşkilatların təcrübəsində də "maliyyə kirayəsi" və digər adlar altında fəaliyyət göstərən təşkilatların aktivləri sektorda böyük paya qədər yüksəlib. Ümid edirik ki, yeni tələblər, münasibətlərin tənzimlənməsinə, nəzarətin formalaşmasına və ümumiyyətlə bu sahənin də inkişafına şərait yaradacaq".
Departament direktoru bildirib ki, bank olmayan kredit təşkilatları ilə bağlı qanunvericilikdə dəyişikliklərdən sonra sektorda aktivlərin artımı müşahidə olunub: "Ümid edirik ki, eyni artım maliyyə icarəsi sahəsində də baş verəcək".
O əlavə edib ki, maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola biləcəklər.
Oxşar xəbərlər
Azərbaycanda "lizinq" ləğv OLUNUR?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













