İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb
Ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Far.Az-ə verilən xəbərə görə, yol kənarına düşən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***09:12
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Hadisə zamanı avtomobildə olan sürücü və sərnişin müxtəlif xəsarətlər alıb. Sərnişin qadının meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sonradan qəza zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Xəsarət alanın 33 yaşlı İlkin Abdullazadə, həyatını itirən sərnişinin isə 31 yaşlı Münəvvər Abdullazadə olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
İsmayıllıda AĞIR QƏZA: "Mercedes" aşaraq yandı, qadın sərnişin öldü
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













