Tokayev yeni nüvə silahları yarışının yüksək riskinə diqqət çəkib
Far.Az xəbər saytı

Tokayev yeni nüvə silahları yarışının yüksək riskinə diqqət çəkib


Dünyada yeni silahlanma yarışının yaranması riskinin artması fonunda nüvə dövlətlərinin hakimiyyət orqanları arasında dialoqun qurulması zəruridir.

"Far.Az"un verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yeni Dehlidə keçirilən BRICS+ sammitində çıxışı zamanı bildirib.

"Dünya və strateji sabitlik iqtisadi və dayanıqlı inkişaf üçün zəruri şərtlərdir. Lakin söhbət heç də yalnız iqtisadiyyatdan getmir. Prioritet regional gərginliyin azaldılmasından siyasi dialoq və ardıcıl diplomatiya vasitəsilə uzunmüddətli sabitliyə keçid olmalıdır. Daha geniş kontekstdə beynəlxalq təhlükəsizlik arxitekturasının zəifləməsi və uzunmüddətli münaqişələr yeni silahlanma yarışının, eləcə də strateji səhvlərin və yanlış qərarların qəbul edilməsi riskini artırır. Buna görə də nüvə risklərinin, o cümlədən yeni texnologiyalarla bağlı risklərin azaldılması məqsədilə nüvə dövlətləri arasında yüksək səviyyədə dialoq son dərəcə vacibdir", - deyə o əlavə edib.

Bu kontekstdə o, beynəlxalq dialoqun qurulması üçün alternativi olmayan platforma kimi BMT-də islahatların və dəyişikliklərin aktuallığını da vurğulayıb:

"İslahatlar BMT-nin münaqişələrin qarşısının alınması və kollektiv qərarların qəbul edilməsi sahəsində potensialını gücləndirməlidir. BMT Nizamnaməsinə seçmə qaydada deyil, ardıcıl şəkildə əməl olunmalıdır. Təhlükəsizlik Şurasında islahatlar müasir reallıqları əks etdirməli və Asiya, Afrika və Latın Amerikasının ədalətli təmsilçiliyini təmin etməlidir. İnkişaf etməkdə olan orta dövlətlərin də qlobal qərarların qəbulunda daha böyük söz haqqı olmalıdır. Çünki onlar dialoqun davam etdirilməsinə, geosiyasi fikir ayrılıqları və ziddiyyətlərin aradan qaldırılmasına kömək edə bilərlər".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər