Sorğu: Makronun yürütdüyü siyasətdən narazılıq səviyyəsi 81 faizə yüksəlib
Fransa Prezidenti Emmanuel Makronun prezident vəzifəsindəki fəaliyyətini ölkə vətəndaşlarının yalnız 16 faizi bəyənir.
"Report"un verdiyi məlumata görə, bu barədə "La Tribune Dimanche" qəzetinin sifarişi ilə "Ipsos-BVA" tərəfindən keçirilən sorğunun nəticələri göstərir.
Bununla yanaşı, Makronun yürütdüyü siyasətdən narazılıq səviyyəsi 81 faizə yüksəlib. Bu, Makronun 2017-ci ildə prezident seçilməsindən bəri keçirilən sorğularda qeydə alınan ən aşağı göstəricidir.
"İctimai narazılıq pik həddə çatıb və biz Milli Assambleyanın buraxılması ilə bağlı bütün problemlərin daha da dərinləşdiyini görürük: büdcə problemləri, əhalinin alıcılıq qabiliyyətinin azalması", - deyə "Ipsos-BVA"nın baş direktor müavini Bris Tentyürye bildirib.
Onun sözlərinə görə, cəmiyyətdə ölkədə hər şeyin axsamalarla işlədiyi barədə təsəvvür formalaşıb.
Baş nazir Sebastyan Lekornyunun fəaliyyətini respondentlərin 20 faizi bəyənir, 70 faiz isə ondan narazıdır. Tentyüryenin sözlərinə görə, bu, hökumət başçısının "büdcə problemlərinə qərq olması və heç nəyi dəyişmək niyyətində olmadığı təəssüratı yaratması" ilə bağlıdır.
Sorğu sentyabrın 9-10-da 18 yaşdan yuxarı 1 000 nəfər arasında keçirilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib
-
İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var













