Suriya və Kipr "Ebla" sualtı kabelinin çəkilməsi barədə saziş imzalayıb
Far.Az xəbər saytı

Suriya və Kipr "Ebla" sualtı kabelinin çəkilməsi barədə saziş imzalayıb


Suriya və Kipr 2028-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılan "Ebla" sualtı kabelinin çəkilməsi barədə saziş imzalayıblar.

"Far.Az"un SANA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, layihə Suriyanın beynəlxalq rabitə kanallarının modernləşdirilməsi və kommunikasiya marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.

Saziş Suriya Rabitə Şirkəti, Kiprin sualtı kabel idarəsi (Cyta) və ABŞ-nin "UNIFI Communications Inc." şirkəti arasında imzalanıb.

Yeni kabel Tartus şəhərini Kiprdə yerləşən TATCYNOS sualtı kabel stansiyası ilə birləşdirəcək. Kabel 24 cüt optik lifdən ibarət olacaq. Bu, istifadəyə verildiyi vaxt saniyədə 31 terabit (Tbit/s) ilkin ötürmə qabiliyyətini təmin edəcək. Sonradan bu göstəricinin 370 Tbit/s-ə qədər artırılması mümkün olacaq.

Layihənin 2028-ci ilin əvvəlində istifadəyə verilməsi və Suriyaya Cyta şəbəkələri vasitəsilə Avropa və qlobal şəbəkələrə birbaşa bağlantı təmin etməsi gözlənilir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər