ABŞ kəşfiyyat xidmətinin son onillikdə ən böyük yenidənqurmasına başlayır
ABŞ-nin Milli Təhlükəsizlik Agentliyində (MTA) bütün kəşfiyyat xidmətinin işinin son on ildəki ən böyük yenidənqurmasına başlanılır.
"Far.Az"un "The Washington Post"a istinadən verdiyi məlumata görə, bu barədə hazırlanan planla tanış olan hazırkı və sabiq məmurlar bildiriblər.
Onların sözlərinə görə, MTA-nın rəhbəri, general Coşua M. Raddın təşəbbüsü xüsusi xidmət orqanının Fort-Mid (Merilend ştatı) şəhərindəki mənzil-qərargahında beş yeni idarənin yaradılmasını nəzərdə tutur. Onlar süni intellekt (Sİ), Çin, kibertəhlükəsizlik, döyüş əməliyyatlarına dəstək və qlobal kəşfiyyat məsələlərinə diqqət yetirəcəklər. Bu istiqamətlərin rəhbərləri MTA direktorunun müavini səlahiyyətlərini alacaqlar. Bu barədə ötən həftə agentliyin bütün ali rəhbərliyinə elan edilib.
Hazırkı və sabiq əməkdaşların fikrincə, yeni təşkilati struktur qlobal radioelektron kəşfiyyat və Amerika hökumət kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşmış ABŞ kəşfiyyat ictimaiyyətinin aparıcı xidməti olan MTA-nın cari və gələcək prioritetlərini daha yaxşı əks etdirəcək.
Hazırda agentlikdə 30 mindən çox insan - həm hərbçilər, həm də mülki şəxslər çalışır.
Nəşr qeyd edir ki, beş yeni idarənin MTA-nın mövcud bölmələrini əvəz edəcəyi, yoxsa agentliyin indiki strukturu ilə paralel fəaliyyət göstərəcəyi hələlik bəlli deyil. Əməkdaşların sözlərinə görə, məsələn, bütün dünyada ən çətin əlçatan rəqəmsal obyektlərə hücumlarla məşğul olan elit "Tailored Access Operations" (TAO) bölməsi qlobal kəşfiyyat idarəsinin direktoruna tabe olacaq. TAO MTA-nın ən məxfi bölmələrindən biridir.
MTA-nın yenidən strukturlaşdırılması müddətləri olduqca qısadır. Mənbələrin sözlərinə görə, yeni rəhbərlər yenidənqurma ilə bağlı təkliflərini ayın sonuna qədər Radda təqdim etməlidirlər. Planın icrasına oktyabrın ortalarında başlanması, 2027-ci ilin yanvarında isə "tam istehsal gücünə" çatdırılması planlaşdırılır.
Bununla yanaşı, ABŞ administrasiyası informasiya texnologiyalarına və hesablama güclərinə investisiyalar üçün büdcənin irimiqyaslı çoxmilyardlıq artırılmasını təklif edib. Nəşr qeyd edir ki, bununla belə, MTA-nın ABŞ Konqresi tərəfindən təsdiqlənən maliyyələşdirmə səviyyəsi ən ciddi məxfilik şəraitində saxlanılır.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
-
ABŞ-nin energetika naziri hazırda İranla razılaşmaya ümid etməməyə çağırıb













