Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir?
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş başlanıldığı məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Unikal"a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevin vəkili Tehran Hacıyev məlumat verib.
Onların sözlərinə görə, Əhdiman Osmanov, eləcə də tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) maddəsi ilə cinayət işi başlanılıb.
Əgər onların bu əməli sübuta yetirilərsə, Əhdiman Osmanovu və Həsən Əliyevi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Tibb təhsili olmadan işləyənlərin CƏZASI ARTIRILDI
Təhlükəli qida məhsullarını satanların 10 ilədək həbs olunması təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













