Marius Mitu: "Çempionlar Liqasının qrupunda İngiltərə komandası ilə oyun asan olmayacaq"
Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq "Birbaşa Bakı"nın E qrupunda İngiltərə təmsilçisi "Ardeleni" ilə oyunu asan olmayacaq.
Bunu "Far.Az"a açıqlamasında klubun rumıniyalı baş məşqçisi Marius Mitu deyib.
Mütəxəssis E qrupundakı rəqibləri dəyərləndirib:
"Slovakiya komandasını tanıyıram və bu ölkənin millisində bəzi futbolçularla birlikdə çalışmışam. Macarıstan təmsilçisi haqqında isə yalnız onu bilirəm ki, heyətində millidə çıxış edən xeyli oyunçu var. Bu da onların ciddi rəqib olacağından xəbər verir. İngiltərə kollektivinin heyətində isə çoxlu rumıniyalı idmançının yer aldığını bilirəm. Onlarla da mübarizə asan olmayacaq".
O, komandanın turnirə hazırlıq prosesindən bəhs edib:
"Artıq hazırlığa başlamışıq və hər şey planauyğun davam edir. Turnirin startına hələ 10 gün vaxt var. Bu müddət ərzində komandanı ən yüksək səviyyəyə çatdırmağa çalışacağıq".
Baş məşqçi yeni transferlər barədə də məlumat verib:
"Heyətə yeni legioner cəlb etmişdik, amma təəssüf ki, yoxlama matçında zədələndi və bizə yararlı ola bilməyəcək. Bundan əlavə, yeni qolkiper və ölkə çempionatından gənc bir oyunçu ilə anlaşmışıq. Ümid edirəm ki, onlar komandaya müsbət enerji gətirəcək və qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcəklər".
Xatırladaq ki, "Birbaşa Bakı" E qrupunda "Real Çoholiks" (Slovakiya), "Çikaqo Bandur" (Macarıstan) və "Ardeleni" (İngiltərə) kollektivləri ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













