Bülletenlərin 97,3 %-nin sayılmasından sonra Netanyahu seçkilərdə liderliyini qoruyur
Far.Az xəbər saytı

Bülletenlərin 97,3 %-nin sayılmasından sonra Netanyahu seçkilərdə liderliyini qoruyur


İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən bülletenlərin 97,3 %-nin sayılmasından sonra liderlik edir.

"Far.Az" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.

Beləliklə, "Likud" 120 yerlik parlamentdə 27 mandat qazanır, Netanyahunun müxalifətdən olan əsas rəqibi Qadi Ayzenkotun "Yaşar" partiyası isə 21 yerlə ikinci sırada qərarlaşır.

Həm "Likud" bloku, həm də hazırkı hakim koalisiyanı formalaşdıran və Netanyahunu dəstəkləyən ifrat sağçı və ortodoksal partiyalar liderliyi qoruyur. Hazırda bu blok 120 kürsüdən 53-nə nəzarət edir, müxalifət isə hələlik parlamentdə 48 yer qazanır. Ərəb partiyaları 19 mandat əldə edir.

Hökuməti formalaşdırmaq üçün Knessetdə (parlament) ən azı 61 yerə nəzarət edən koalisiya tələb olunur. Lakin hələlik heç bir siyasi qüvvə bu qədər mandatı qazana bilmir.

Yekun nəticələr noyabrın 4-dən gec olmayaraq dərc ediləcək.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər