Famil Xəlilov: Azərbaycan millisi növbəti oyunlarda qələbələr qazanaraq təcrübəsini artıracaq
Azərbaycan millisi FİFA -15 dünya çempionatı və festivalında növbəti oyunlarda qələbələr qazanaraq təcrübəsini artıracaq.
"Far.Az"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın U-16 yığmasının baş məşqçisi Famil Xəlilov bildirib.
O, C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq seçməsini məğlub etdikləri (5:1) matçla bağlı fikirlərini bölüşüb:
"Komandamız layiqli qələbə qazandı. Çiliyə qarşı ağır məğlubiyyət aldıq. Futbolçuların psixoloji durumunun ürəkaçan olmadığını desəm, yanılmaram. Buna baxmayaraq, şükürlər olsun ki, Cəbəllütariqlə oyunun öhdəsindən gələ bildilər. Növbəti oyuna yaxşı hazırlaşaraq qələbə qazandıq. İstəyirdik ki, səhərki görüşdə də qalib gələk və finalda iştirak edək. Təəssüf ki, bu, alınmadı. Düşünürəm ki, futbolçuların təcrübəsi belə ağır atmosferin öhdəsindən gəlmək üçün kifayət etmədi. Buna baxmayaraq, ümid edirəm ki, növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar".
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Komanda C divizionundakı ilk matçında Çiliyə 1:3 hesabı ilə məğlub olub. Yığma AF qrupunda Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oxşar xəbərlər
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













