Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əməyin təhlükəsizliyi sahəsinə dair 22 yeni dövlət standartı qəbul edib.
"Far.Az" AZSTAND-a istinadən xəbər verir ki, yeni standartların tətbiqində məqsəd təhlükəli iş mühitində çalışan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, hündürlükdən yıxılma və yağlı səthlərdə sürüşmə risklərinin qarşısının alınması, eləcə də kimyəvi və radioaktiv mühitin, vibrasiya və mexaniki təsirlərin yaratdığı təhlükələrdən qorunmaq üçün fərdi mühafizə vasitələri üzrə vahid tələblər müəyyən edilməsidir.
Yeni standartların layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin bazasında təsis edilmiş "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













