ABŞ məhkəməsi jurnalistlər və tələbələr üçün viza məhdudiyyətlərini dayandırıb
ABŞ-nin Massaçusets ştatının federal dairə məhkəməsi Tramp administrasiyası tərəfindən əcnəbi tələbələr, mübadilə proqramları iştirakçıları və jurnalistlər üçün ölkədə qalma müddətini məhdudlaşdıran yeni qaydaların tətbiqini bloklayıb.
"Report"un məlumatına görə, hakim Daxili Təhlükəsizlik Nazirliyinin əsaslandırmasını son dərəcə zəif hesab edib.
Onun fikrincə, qurum əcnəbi tələbələrin hüquqi statusları müddətində ABŞ-də qalmasına icazə verilən təxminən 5 onillik sistemin dəyişdirilməsi zərurətini kifayət qədər əsaslandıra bilməyib.
Qərarda göstərilir ki, hazırda ABŞ-də təxminən 1,6 milyon F tələbə vizası sahibi və daha 500 000 J vizası sahibi var. Hakim qeyd edib ki, yeni məhdudiyyətlər Massaçusets Texnologiya İnstitutu və Harvard Universiteti də daxil olmaqla, əsas tədqiqat universitetlərinin fəaliyyətinə mənfi təsir göstərə bilər.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən iyulda qəbul edilən qaydalara əsasən, xarici tələbələr üçün F vizaları, mədəni və təhsil mübadilə proqramlarının iştirakçıları üçün J vizaları dörd ilə məhdudlaşdırılmalı idi. I vizası olan xarici jurnalistlərin ölkədə qalma müddəti 240 günlə məhdudlaşdırılmalı idi.
Yeni qaydalar məhkəmə prosesi başa çatana qədər dayandırılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA













