Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - ƏLAVƏ OLUNUB
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur.
"Report"un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə çıxışında deyib.
"Bu da o deməkdir ki, 125 min şəxs həyatında yeni bir mərhələyə keçir. Bizim hər birimiz üçün məktəb həyatı, orada öyrəndiklərimizin əhəmiyyəti hər kəsə məlumdur", - o əlavə edib.
Nazir məktəb həyatında uşaqların qarşısında duran vəzifələrdən də danışıb:
"Yaxşı şagird olmaqla bərabər yaxşı insan olmaq üçün də çalışmaq bu vəzifələrdən biridir".
E.Əmrullayev yeni tədris ilində müəllimlərə də uğurlar arzulayıb:
"Fürsət ikən mən valideynləri də yeni tədris ili münasibətilə təbrik edirəm. Düşünürəm ki, yeni tədris ilinin başlaması onlar üçün də bir məsuliyyətdir və onlar müəllimlərin yanında olsalar, birlikdə çalışsalar, daha böyük uğurlar əldə ediləcək".
Nazir həmçinin bildirib ki, bu il burada birinci sinfə gələn uşaqların əksəriyyəti, yəni 90%-dən çoxu məktəbəqədər hazırlıqdan gəlir:
"Bu da çox vacib göstəricidir. Yəni məktəbə gələn uşaqların əksəriyyəti heç olmasa bir il məktəbəqədər hazırlıqdan gəlir. İnanıram ki, bu onların təhsil nəticələrinə təsir edəcək və ölkənin də təhsilini irəli aparacaq".
E.Əmrullayev eyni zamanda vurğulayıb ki, təmayüllü siniflər bu il daha geniş şəkildə, yəni 90 məktəbdə fəaliyyət göstərəcək:
"Əvvəl təmayül sinifləri 14 məktəbi əhatə edirdi. Biz inanırıq ki, bu model faydalıdır. Çünki həm şagirdlərin ehtiyaclarını nəzərə alır, həm də müəyyən mənada valideynlərə dəstək olur. Eyni zamanda bu tip siniflərdə şagirdlərin öz istək və arzularına uyğun təhsil alaraq daha yaxşı nəticələr göstərəcəklərinə ümid edirik".
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA













