Paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir
Far.Az xəbər saytı

Paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir


Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Həmçinin NİİM və yol polisi əməkdaşları ilə birgə süni sıxlığın yaranmasına səbəb olan hallar müşahidə edildikdə, dərhal zəruri tədbirlər görülür.

"Yaşıl dalğa" rejiminin tətbiq edildiyi küçə və prospektlər bunlardır:

1. Rəşid Behbudov küçəsi;

2. Mikayıl Müşfiq küçəsi;

3. 28 May küçəsi;

4. Bülbül prospekti;

5. Yusif Səfərov küçəsi;

6. Məhəmməd Füzuli küçəsi;

7. Akademik Həsən Əliyev küçəsi;

8. Əhməd bəy Ağaoğlu küçəsi;

9. Şah İsmayıl Xətai prospekti;

10. Fətəli xan Xoyski prospekti;

11. Atatürk prospekti;

12. Üzeyir Hacıbəyli küçəsi;

13. Azadlıq prospekti;

14. Əbduləzəl Dəmirçizadə küçəsi;

15. Əsəd Əhmədov küçəsi;

16. Abbas Mirzə Şərifzadə küçəsi;

17. Qara Qarayev prospekti;

18. 8 Noyabr prospekti.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər