Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
Far.Az xəbər saytı

Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır


Azərbaycan-Türkiyə birliyinə qarşı müxtəlif məsələlər üzrə mütəşəkkil şəkildə dezinformasiya kampaniyaları aparılır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq baxış" adlı panel iclasındakı çıxışında deyib.

Azərbaycan-Türkiyə intellektual bağlantısının türk birliyində mühüm rol oynadığını vurğulayan BMTMM sədrinin sözlərinə görə, türk dövlətlərinin dezinformasiyaya qarşı birgə mübarizə aparmaları vacibdir.

O, müəyyən dairələr tərəfindən türk dövlətləri arasında yaxınlaşmanın yeni bir pantürkist ideya yaradılması cəhdi kimi qələmə verilməsinin tamamilə əsassız olduğunu bildirib.

F.Şəfiyev əlavə edib ki, Azərbaycan-Türkiyə birliyinə qarşı müxtəlif istiqamətlər üzrə mütəşəkkil dezinformasiya kampaniyaları aparılır:

"Yaxın Şərqdə baş verən hadisələri də qeyd etmək istərdim. Azərbaycan Yaxın Şərqlə bağlı siyasətini Türkiyə ilə əlaqələndirir və bu, bəzilərini narahat edir. Məsələn, İsrail məsələsində Azərbaycan və Türkiyənin qardaşlığına qarşı mütəşəkkil şəkildə dezinformasiya yayılmasının şahidiyik".

Oxşar xəbərlər

Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər