Hakan Fidan: Qara dənizdə gəmilərə hücumlarla bağlı münaqişə tərəflərinə xəbərdarlıq edirik - ƏLAVƏ OLUNUB
Far.Az xəbər saytı

Hakan Fidan: Qara dənizdə gəmilərə hücumlarla bağlı münaqişə tərəflərinə xəbərdarlıq edirik - ƏLAVƏ OLUNUB


Qara dənizdə gəmilərə hücumla bağlı münaqişə tərəflərinə (Rusiya və Ukrayna - red.) lazımi xəbərdarlıq edilib.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.

O, bugünkü görüşdə azərbaycanlı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirib:

"Son vaxtlar Qara dənizdə yük gəmilərinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Təəssüf ki, Azərbaycan və Türkiyə vətəndaşları arasında həlak olanlar da var. Biz münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıqlarımızı edirik. Son günlərdə bu təmaslar daha da artırılıb".

Nazir həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına ciddi təsir göstərir:

"Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri öz mövqeyini ortaya qoyub. Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə nümayiş etdirdiyi mövqeyi sahədə gerçəkləşdirmək üçün işlər görülüb. Tərəflərlə danışıqlar aparmışıq, bununla bağlı işlər davam etdirilir. Bu müharibə dünya iqtisadiyyatına da böyük ziyan vurur".

Eyni zamanda Hakan Fidan vurğulayıb ki, ABŞ, Türkiyə və digər dövlətlər müharibənin bitməsi üçün səylərini davam etdirir:

"Qara dənizlə bağlı tərəflərlə görüşürük, cavablar alırıq, həmçinin təkliflər veririk. Artıq hədəfə alınmayan yer yoxdur. Müharibənin daha da genişlənməməsi üçün savaş dayandırılmalıdır. Fikrimcə, artıq hər iki tərəf psixoloji cəhətdən də yorulub. Belə dönəmdə də əlaqələndirici ölkələr səylərini, təmaslarını gücləndirir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər