ISNA: ABŞ ordusu Cask sahillərində mülki gəmini atəşə tutub - YENİLƏNİB-2
Far.Az xəbər saytı

ISNA: ABŞ ordusu Cask sahillərində mülki gəmini atəşə tutub - YENİLƏNİB-2


ABŞ ordusu İranın liman şəhəri olan Cask sahillərində mülki gəmini hədəf alıb.

"Far.Az" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Ölən və yaralananlar barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, bu, Cask sahillərində hədəf alınan üçüncü gəmidir. ABŞ ordusu daha əvvəl iki neft tankerini atəşə tutub.

ABŞ ordusu İranın liman şəhəri olan Cask yaxınlığında iki neft tankerini hücuma məruz qoyub.

"Far.Az" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

"Cask limanının sahili yaxınlığında İranın neft tankerinə hücum edilib", - IRIB-nin əraziyə ezam olunan müxbiri bildirib.

Bir müddət sonra Caskdakı digər neftdaşıyan gəmiyə də hücum olunduğu qeyd olunub:

"Neft tankerinin heyəti elə ilk anlarda təhlükəsiz şəkildə təxliyə edilib".

Xatırladaq ki, İranın Xarq adası yaxınlığında da neft tankeri hücuma məruz qalıb.

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib.

"Far.Az" "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı ilə 22:15) radələrində qeydə alınıb.

"Yerli mənbələr səsin dəniz istiqamətindən və "Qara daş" bölgəsi yaxınlığından eşidildiyini, partlayışın iki mərhələdə və qısa fasilə ilə baş verdiyini bildirirlər", - xəbərdə qeyd olunub.

Partlayışın təfərrüatları barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı ABŞ-nin hücum edəcəyi təqdirdə, sərt cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
İranın Cask limanında iki neft tankeri hücuma məruz qalıb – YENİLƏNİB
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər