İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
İsrail Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məskənlərinə qarşı sanksiyalarına cavab olaraq, Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq və Kiryat-Qatdakı Mülki-Hərbi Koordinasiya Mərkəzində Britaniya nümayəndələrinin işini dayandıracaq.
"Far.Az" "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
İsrail həmçinin Britaniya hərbçilərinin Ramallahda Fələstin Milli Administrasiyasının təhlükəsizlik qüvvələrinə təlim keçməsinə mane olmaq və 12 seçilmiş Britaniya nümayəndəsinin və Birləşmiş Krallığın digər vətəndaşlarının ölkəyə girişini qadağan etmək niyyətindədir.
Saar Böyük Britaniyanın tətbiq etdiyi sanksiyaları İsrailin daxili işlərinə müdaxilə adlandırıb. Onun sözlərinə görə, Londonun və oxşar sanksiyalar elan edən digər ölkələrin bəyanatları Fələstin-İsrail münaqişəsinin həlli imkanını yalnız uzaqlaşdırır.
Daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend İsrail yaşayış məskənlərinə qarşı yeni sanksiyalar elan etmişdi. London orada istehsal olunan malların idxalını, bir sıra xidmətlərin, o cümlədən yaşayış məskənlərinin tikintisi və maliyyələşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsini, eləcə də bu ərazidəki daşınmaz əmlakın reklamını qadağan edəcək.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı













