SOCAR: "Fitch"in qərarı şirkətin öhdəliklərini icra etmək qabiliyyətinin yüksəldiyini göstərir
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kredit profil (Standalone Credit Profile (SCP) göstəricisini yüksətlməsi şirkətin öz maliyyə və əməliyyat imkanları hesabına öhdəliklərini yerinə yetirmək qabiliyyətinin gücləndiyini nümayiş etdirir.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.
Bildirilib ki, bu, eyni zamanda şirkətin borcun idarə olunması, likvidliyin qorunması və maliyyə intizamının təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin kredit profilinə müsbət təsirinin təzahürüdür.
Qeyd edək ki, "Fitch Ratings" SOCAR-ın müstəqil kredit profili göstəricisini bir pillə yüksəldərək "bb" səviyyəsinə çatdırıb. Eyni zamanda agentlik tərəfindən SOCAR-ın uzunmüddətli emitent defolt reytinqi (Long-Term Issuer Default Rating – IDR) "BBB-" səviyyəsində, "Sabit" proqnozla təsdiqlənib.
SCP-nin yüksəldilməsi SOCAR-ın dövlət dəstəyi nəzərə alınmadan formalaşan müstəqil kredit profilinin güclənməsini əks etdirir. Bu göstərici şirkətin maliyyə dayanıqlılığı, əməliyyat göstəriciləri, pul axınları, borc yükü, likvidlik mövqeyi və biznes profilinin ayrıca qiymətləndirilməsi əsasında müəyyən edilir.
SOCAR və "Fitch Ratings" arasında əməkdaşlıq 2010-cu ildən etibarən davam edir. Bu müddət ərzində agentlik şirkətin maliyyə və əməliyyat göstəricilərini, borclanma profilini, likvidliyini, biznes risklərini və uzunmüddətli inkişaf perspektivlərini mütəmadi olaraq qiymətləndirib.
SOCAR 2024-cü ildə "Fitch Ratings" tərəfindən investisiya oluna bilən dərəcəsinə yüksəldilərək "BBB-" kredit reytinqi əldə edib. Reytinqin "Sabit" proqnozla bu səviyyədə saxlanılması şirkətin mövcud kredit göstəricilərinin dayanıqlılığına dair agentliyin gözləntilərini əks etdirir.
İnvestisiya oluna bilən reytinqinin qorunub saxlanılması və müstəqil kredit profilinin yaxşılaşması SOCAR-ın beynəlxalq kapital bazarlarında mövqeyinin daha da güclənməsinə, investor etimadının artmasına və maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verir.
Qeyd edək ki, "Fitch Ratings" dünyanın aparıcı beynəlxalq kredit reytinq agentliklərindən biridir. Agentlik dövlətlərin, şirkətlərin, maliyyə institutlarının və borc alətlərinin kredit riskini qiymətləndirərək qlobal maliyyə bazarları üçün müstəqil analitik rəy təqdim edir.
Xatırladaq ki, cari ilin iyul ayında "Moody"s Ratings" SOCAR-ın uzunmüddətli emitent reytinqini "Baa3" səviyyəsində, "Sabit" proqnozla yenidən təsdiqləyib. "Baa3" reytinqi investisiya oluna bilən dərəcəsinə aid olmaqla, SOCAR-ın investisiya dərəcəli kredit statusunu qoruyub saxladığını göstərməkdədir.
Oxşar xəbərlər
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Fitch": "AFB Bank"ın 25 ən böyük borcalanı kreditlərin 39 %-nə sahibdir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Fitch Ratings" "Expressbank"ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq













