Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır
Far.Az xəbər saytı

Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır


2022/2028-ci illəri əhatə edən xaricdə təhsil proqramı üzrə Türkiyədə 197 azərbaycanlı gənc təhsil alır.

"Far.Az" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, həmin gənclər Türkiyənin 11 aparıcı universitetində təhsil alırlar:

"Hazırda gənclərimiz Türkiyədə bakalavr və magistr üzrə təhsil alır. 2007/2015-ci illərdə isə 327 gənc Türkiyənin 20 aparıcı universitetində təhsil alıb".

Nazir müavini həmçinin bildirib ki, TAU-da texnologiya sahəsində ixtisaslar da ön plandadır:

"Dünyada 4 milyondan çox robot, 600 mindən çox robortlaşdırılmış sistemlər mövcuddur. Buna hazır olmaq lazımdır. Bu səbəbdən müasir texnologiyaların inkişafı, süni intellektlə bağlı ixtisaslara xüsusi üstünlük verilir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər