Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ
Far.Az xəbər saytı

Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ


Dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Nahid Şəmşirova 6 il müddətinə azadlıqdan məhrumetmə təyin olunub, lakin onun cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Xatırladaq ki, prokuror Nahid Şəmşirovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, Nahid Şəmşirov keçmiş deputat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini postunu tutan Cavid Qurbanovun əmisioğludur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər