Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.
Bildirilib ki, xəsarət alan 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alanların vəziyyətləri orta ağır qiymətləndirilir. Pasiyentlərin müayinə və müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir".
*** 10:22
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, avtoqəza magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib.
"Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü G.Quluzadə, 2005-ci il təvəllüdlü A.Rzaxanova və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
Göygöldə cip aşdı, 2 nəfər öldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
"Bank Respublika" və "AccessBank" arasında strateji əqd uğurla başa çatıb
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)













