Balaş Hendrix: "TDT Orta Dəhlizdə gömrük və tranzit prosedurlarının sadələşdirilməsinə çalışır"
Türk Dövlətləri Təşkilatı (TDT) Orta Dəhliz marşrutu boyunca gömrük və tranzit əməliyyatlarının asanlaşdırılması istiqamətində fəal işlər aparır.
"Report" xəbər verir ki, bunu TDT-nin Macarıstandakı Nümayəndəliyinin rəhbəri Balaş Hendrix (Balazs Hendrich) "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" çərçivəsində çıxışında bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizə yalnız nəqliyyat marşrutu deyil, iqtisadi qovşaq kimi yanaşmaq lazımdır.
"İnfrastruktur olaraq çox vacibdir. Lakin bununla yanaşı, ən azı iki məqam da nəzərə alınmalıdır. Bunlardan biri kommersiya səmərəliliyidir. Digəri isə maliyyə tərəfidir. Bu, yalnız A nöqtəsindən B nöqtəsinə infrastrukturun yaradılması ilə məhdudlaşmamalıdır. Eyni zamanda, marşrut boyunca sərmayə qoymağa və məhsul istehsal etməyə hazır olan iqtisadiyyatları və iqtisadi oyunçuları bir araya gətirən qovşaq rolunu oynamalıdır.
Bu məqsədlə TDT sərhəd keçid məntəqələrində gömrük və tranzit prosedurlarının sadələşdirilməsinə və uyğunlaşdırılmasına, regiondaxili əlaqələrin, eləcə də müasir nəqliyyat infrastrukturu layihələrinin inkişafına diqqət yetirir.
Hamımızın bildiyi kimi, ölkələr arasında prosedurlar, sənədləşmə tələbləri, sərhəd nəzarəti, tranzit rüsumları və digər ödənişlər yükün çatdırılma müddətini uzadan və biznesin bu marşrutdan istifadəsini çətinləşdirən maneələrdir. Bu maneələrin aradan qaldırılması müstəsna əhəmiyyət daşıyır. TDT-nın koordinasiyası ilə bir sıra milli qurumlar bu istiqamətdə çalışırlar", - deyə o bildirib.
B. Hendrix qeyd edib ki, TDT rəqəmsallaşdırılmış və uyğunlaşdırılmış gömrük prosedurlarının, həmçinin intellektual nəqliyyat sistemlərinin tətbiqi ilə səmərəliliyi artırmağa və gecikmələri azaltmağa çalışır.
"Bu baxımdan, limanlarda daha səmərəli nəzarətin təmin edilməsi, vaxt və sənədləşmə tələblərinin azaldılması üçün TDT-nın Sadələşdirilmiş Gömrük Dəhlizi yaradılıb. Bu, şübhəsiz ki, bizi rəqəmsallaşmaya aparacaq.
Rəqəmsallaşma TDT tərəfindən həyata keçirilən əsas təşəbbüslərdən biridir. Bu proses elektron ticarəti təşviq edir, təchizat zəncirlərinin şaxələndirilməsinə imkan yaradır, digər marşrutlarla müqayisədə rəqabət üstünlüyü formalaşdırır və Orta Dəhlizin qlobal potensialından istifadə etməyə şərait yaradır", - deyə TDT rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, TDT Orta Dəhliz boyunca nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirir.
"e-TIR", "e-Permit" və "e-CMR" kimi təşəbbüslər avtomobil, dəmir yolu və dəniz nəqliyyatında əməliyyatların sadələşdirilməsi üçün yeni çərçivələr yaradır. Bu təşəbbüslər səmərəli və fasiləsiz daşımaların qarşısındakı maneələrin aradan qaldırılmasına yönəlib.
Bu məqsədlə TDT müntəzəm nazirlər görüşləri, Nəqliyyat üzrə Koordinasiya Komitəsi və işçi qrupları kimi müxtəlif mexanizmlər vasitəsilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafını dəstəkləyir. Göründüyü kimi, TDT əlaqələndirici qurum kimi üzv dövlətlərə və onların müvafiq qurumlarına bu prosesi sürətləndirməkdə kömək edir", - deyə o əlavə edib.
B. Hendrix Orta Dəhlizin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin də mühüm əhəmiyyət daşıdığını bildirib.
"Əlbəttə ki, bu məsələ Avropa İttifaqı ilə də bağlıdır. Biz Orta Dəhlizə çox vaxt malların bir istiqamətdə daşındığı marşrut kimi baxırıq. Lakin bu dəhliz əks istiqamətdə də işləyə bilər.
Məncə, Aİ bazarı yalnız alıcı bazarı kimi qiymətləndirilməməlidir. Malların, xidmətlərin, texnologiyaların və maliyyənin Orta Dəhliz vasitəsilə hər iki istiqamətdə hərəkəti də çox vacibdir.
Mən bu münasibətləri bir çox tədbirlərdə "təbii iqtisadi müttəfiqlik" adlandırıram. Aİ və Türk dövlətlərini təbii iqtisadi müttəfiqlər hesab edirəm. Əgər Orta Dəhlizi bu əməkdaşlığı asanlaşdıran körpü və ya qapı kimi qiymətləndiririksə, bu, çox müsbət haldır", - deyə TDT rəsmisi qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













