Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan audit sahəsində yeni birlik təsis ediblər
Far.Az xəbər saytı

Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan audit sahəsində yeni birlik təsis ediblər


Bakıda Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin təsis edilməsinə dair Saziş imzalanıb.

"Far.Az" xəbər verir ki, bu, Azərbaycanın Auditorlar Palatasının fəaliyyətinin 30 illik yubileyinə həsr olunmuş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində baş tutub.

Sənədi Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Türkiyə İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun vitse-prezidenti Hayrettin Kurt, Qazaxıstan Auditorlar Palatası Şurasının sədri Sapar Koskimbayev, həmçinin Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov imzalayıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər