Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib.
"Far.Az" xəbər verir ki, o bu barədə Şimali Karolina ştatının Qastoniya şəhərində tərəfdarları ilə görüşdə deyib.
Trampın sözlərinə görə, Vaşinqton ölkədə dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsini başa çatdırmaq üçün mühüm səylər göstərir.
"Biz Rusiya və Ukrayna (münaqişəni nizamlamaq məqsədi ilə) üçün çox ağır iş görürük... Bilirsiniz, mən səkkiz müharibəni başa çatdırmışam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındakı savaşdır, çünki liderlər bir-birinə nifrət edirlər. Lakin bu, tezliklə başa çatacaq", - Amerika Prezidenti vurğulayıb.
O, həmçinin ABŞ və Meksikanın ticarət sazişi bağlamağa yaxın olduğunu açıqlayıb.
"Biz Meksika ilə sazişə, möhtəşəm bir razılaşmaya çox yaxınıq", - Tramp əlavə edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib













