Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama
Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi sistemli yanaşma əsasında həyata keçirilir. Bu məqsədlə pasiyentin düzgün identifikasiyası, yıxılma risklərinin qiymətləndirilməsi, cərrahi müdaxilələrin təhlükəsizliyinin təmin edilməsi, böhran vəziyyətlərinə operativ müdaxilə, infeksion nəzarət və digər təhlükəsizlik tədbirləri tətbiq olunur.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib.
Bildirilib ki, stasionar müalicə alan pasiyentlərin düzgün identifikasiyası üçün qolbaqlardan istifadə edilir. Qolbağın üzərində pasiyentin xəstə qeydiyyat nömrəsi, adı, soyadı və doğum tarixi əks olunur. Anamnezində allergiya qeyd edilən pasiyentlər üçün qırmızı rəngli qolbaqdan istifadə olunur. Yenidoğulmuşlarda isə qız və oğlan uşaqları üçün müvafiq rəngli qolbaqlar tətbiq edilir.
Həmçinin pasiyentlərin yıxılma riskinin qarşısının alınması məqsədilə yaş qruplarına uyğun qiymətləndirmə aparılır. Müvafiq yıxılma riski şkalalarından istifadə olunur və yüksəkriskli pasiyentlər müəyyən edilərək müvafiq ehtiyat tədbirləri görülür.
Cərrahi müdaxilələr zamanı isə cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsindən istifadə edilir. Bu vasitə tibbi müdaxilənin düzgün və təhlükəsiz aparılmasına, mümkün səhvlərin və fəsadların, o cümlədən cərrahi müdaxilə ilə əlaqəli ölüm hallarının azaldılmasına xidmət edir.
Qeyd edək ki, sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
"Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər













