"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb
"Mançester Yunayted" futbol üzrə İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsinin matçında evdə "Brayton"a 2:3 hesabı ilə məğlub olub və turnirdə çıxışını başa vurub.
"Report" xəbər verir ki, görüş "Old Trafford" stadionunda keçirilib.
"Mançester Yunayted" iki qol fərqi ilə öndə olub, qolları Şi Leysi (8-ci dəqiqə) və Meyson Maunt (10) vurublar. "Brayton"un heyətində isə Xaralambos Kostulas (45+1), Paskal Qross (65) və Maksim De Köyper (70) fərqləniblər.
1/16 final turnirin İngiltərə Premyer Liqası klublarının iştirak etdiyi ilk mərhələsidir.
Liqa Kuboku 1960-cı ildən keçirilir, burada İngiltərə çempionatının dörd yüksək divizionundan komandalar oynayır. Ötən yarışın final matçında "Mançester Siti" "Arsenal"ı 2:0 hesabı ilə məğlub edərək 9-cu dəfə trofeyi qazanıb. Titulların sayına görə rekordçu turnirdə 10 dəfə qalib gəlmiş "Liverpul"dur.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir













