Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Far.Az xəbər saytı

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər


Milli Məclisin bir qrup deputatı Rusiyada Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburq şəhərində seçki prosesini izləyəcəklər.

Deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini izləyəcəklər.

Xatırladaq ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən -20-nə kimi keçiriləcək. Parlament seçkilərində Dövlət Dumasının bütün 450 deputat mandatı uğrunda mübarizə aparılacaq. Deputatlar beş il müddətinə seçiləcəklər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər