Ucarda ev yanıb kül oldu
Far.Az xəbər saytı

Ucarda ev yanıb kül oldu


Ucar rayonunun Qazqumlaq kəndində fərdi yaşayış evində yanğın baş verib.

BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, kənd sakini Vüsal Ərziman oğlu Rüstəmova məxsus birmərtəbəli, üçotaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

İlkin ehtimala görə, yanğına həyət ərazisində, tayada saxlanılan ot bağlamasının alışması səbəb olub. Alov daha sonra evə keçib. Hadisə nəticəsində həyətdə saxlanılan ümumilikdə 12 ton ot bağlaması da tamamilə yanıb.

Yanğın yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Alov söndürülüb, ətrafdakı evlərin yanğından mühafizəsi təmin edilib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər