AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "AHİK könüllüləri" layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.
AHİK könüllüləri kitabxananın zəngin informasiya-biblioqrafiya fondu, nadir nəşr nümunələri, müasir standartlara cavab verən elektron resursları və müxtəlif mövzuları əhatə edən xüsusi kolleksiyaları ilə maraqlanıblar.
Kitabxana əməkdaşları gənclərə müəssisənin tarixi, oxu zallarının fəaliyyəti, eləcə də dövlətçilik tariximizi əks etdirən nəşrlər barədə ətraflı məlumat veriblər.
Ziyarət çərçivəsində AHİK könüllüləri Prezident Kitabxanasının rəsmi oxucuları sırasına daxil ediliblər. Bu təşəbbüs gənclərin şəxsi və peşəkar inkişafına, elmi-tədqiqat prosesinə cəlb olunmasına, eləcə də gələcək fəaliyyətlərində etibarlı informasiya mənbələrindənsəmərəli istifadə imkanlarının genişləndirilməsinə xidmət edir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər













