Tramp İrlandiyanın birləşməsi ilə bağlı referendumun keçirilməsini istisna etməyib
Far.Az xəbər saytı

Tramp İrlandiyanın birləşməsi ilə bağlı referendumun keçirilməsini istisna etməyib


ABŞ Prezidenti Donald Tramp gələcəkdə İrlandiya Respublikasının Birləşmiş Krallığın tərkibinə daxil olan Şimali İrlandiya ilə birləşməsi məsələsinə dair referendumun keçirilə biləcəyini istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə Tramp İrlandiyadakı qolf klubunda jurnalistlərə açıqlamasında, əvvəllər belə bir referendumun keçirilməsini istisna edən Böyük Britaniyanın Baş naziri Endi Börnhemin sözlərini şərh edərkən bildirib.

"Hamı belə deyir, sonra isə nəsə baş verir. Şimali İrlandiya var və İrlandiya var. Mənə elə gəlir ki, tarixdə ən təbii addımlardan biri onların birləşdirilməsi olardı", - Amerika lideri bildirib.

Olsterdə "Şinn feyn" milli-respublikaçı partiyasının seçki uğurları fonunda İrlandiyanın mümkün birləşməsi barədə müzakirələr daha tez-tez səslənməyə başlayıb. 2022-ci ildə "Şinn feyn" tarixində ilk dəfə olaraq Şimali İrlandiyada keçirilən regional seçkilərdə qalib gəlib.

2024-cü ildə Britaniya parlamentinin İcmalar Palatasına keçirilən seçkilərdə də partiya ilk dəfə olaraq Olsterin bütün siyasi qüvvələri arasında ən yaxşı nəticə göstərib.

Bununla yanaşı, formalaşmış ənənəyə görə "Şinn feyn" Vestminsterdə parlamentin işində iştirak etmir: partiya üzvləri səs vermir və qanunverici orqanda öz yerlərini tutmurlar, çünki deputatlar üçün məcburi olan Britaniya monarxına and içmək istəmirlər.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər