Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib
Azərbaycanda vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə deputat Soltan Məmmədov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında təkliflə çıxış edib.
Deputat, həmçinin vurğulayıb ki, bu il Səhiyyə Nazirliyi vərəmə qarşı mübarizə üzrə yeni, növbəti strategiyanı hazırlayıb və təsdiq üçün dövlətə təqdim edəcək:
"Bu günə qədər dövlət proqramı çərçivəsində maliyyələşdirilən vərəmin bundan sonra artıq icbari tibbi sığortanın bir hissəsi olaraq inteqrasiya olunması, yeni strategiyanın qəbul olunması və bundan sonrakı addımların müəyyənləşdirilməsi, xüsusilə illərdir Azərbaycanın Qlobal Fondla bu istiqamətdə aktiv əməkdaşlıq etdiyi bir şəraitdə önəmli addım olacaq".
S.Məmmədov qeyd edib ki, vərəmlə bağlı müzakirə və dinləmə keçiriləcək:
"Dinləmənin keçirilməsi və lazım olan addımların müəyyən olunması, düşünürəm ki, həyata keçiriləcək ən önəmli addımlardan biridir".
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub













