NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması
Far.Az xəbər saytı

NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması


NASA Ayın səthində göy cisminin toqquşması nəticəsində yaranmış 222 metr diametrində yeni krater aşkarlayıb. Alimlər bu quruluşun yaxın tarixdə Günəş sistemində qeydə alınan ən böyük zərbə krateri olduğunu bildiriblər.

BAKU.WS xəbər verir ki, beynəlxalq araşdırmaya əsasən, toqquşma 2024-cü ilin aprel-may ayları arasında asteroid və ya kometa parçasının Ayın Yerə baxan tərəfinə düşməsi nəticəsində baş verib.

Hadisə baş verdiyi vaxt Yerdəki teleskoplar tərəfindən müşahidə olunmayıb. Krater NASA-nın 2009-cu ildən Ayın orbitində fəaliyyət göstərən "Lunar Reconnaissance Orbiter" (LRO) aparatının çəkdiyi geniş bucaqlı görüntülərin avtomatik müqayisəsi nəticəsində müəyyən edilib.

Yeni krater Ay tədqiqatçısı Tomas Makqetçinin şərəfinə adlandırılıb. Onun diametrinin LRO tərəfindən indiyədək qeydə alınmış oxşar kraterlərdən təxminən üç dəfə böyük olduğu açıqlanıb. Tədqiqatçılar belə miqyaslı toqquşmaların olduqca nadir baş verdiyini vurğulayıblar.

Termal ölçmələr zamanı toqquşma nöqtəsindən 6,4 kilometrədək məsafədə Ay səthindəki torpağın yerindən tərpəndiyi və fiziki xüsusiyyətlərinin dəyişdiyi müəyyənləşdirilib.

Alimlər həmçinin zərbə nəticəsində havaya qalxan qaya və toz buludunun nəzəri modellərdə proqnozlaşdırıldığından daha geniş əraziyə yayıldığını aşkarlayıblar.

NASA-ya görə, bu məlumatlar gələcəkdə Ayda astronavtlar üçün yaşayış məntəqələri və bazaların tikintisi zamanı təhlükəsizlik tədbirlərinin planlaşdırılmasında mühüm istinad mənbəyi ola bilər.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər