Serbiya Prezidenti Haaqadakı prosesi ikiüzlülüyün təzahürü adlandırıb
Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Haaqadakı Kosovo üzrə Xüsusi Palataların Məhkəmə Heyətinin keçmiş Kosovo Azadlıq Ordusunun (KLA) sabiq rəhbərləri barədə çıxardığı hökmə münasibət bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, o, Haaqadakı prosesi dünyadakı ikiüzlülüyün təzahürü kimi qiymətləndirib.
Vuçiç dünyada Serbiyaya münasibətdə "ikili standartların" və "böyük ikiüzlülüyün" olduğunu vurğulayıb.
Onun sözlərinə görə, hökmlərin qanuni qüvvəyə minib-minməməsindən asılı olmayaraq serblər həmişə cinayətkar, digərləri isə azadlıq mübarizləri və qəhrəmanlar kimi təqdim olunacaq.
Vuçiç qeyd edib ki, Serbiya öz qurbanları ilə bağlı xatirə mədəniyyətinin inkişafını davam etdirməlidir.
"Əgər biz öz qurbanlarımızı xatırlamasaq, onları heç vaxt heç kim anılmayacaq", - Serbiya Prezidenti vurğulayıb.
Xatırladaq ki, bu gün Haaqa məhkəməsində keçmiş KLA -nın rəhbərlərinə hökm oxunub. Məhkəmə keçmiş KLA rəhbərləri Haşim Taçi və Yakup Krasniçi hərəsini 25 il həbs cəzasına məhkum edib.
Oxşar xəbərlər
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
Dünyanın prestijli saytları "Səma qurbanları" filmindən yazdı
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Altı tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













