Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Malayziyaya işgüzar səfər edəcək
Far.Az xəbər saytı

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Malayziyaya işgüzar səfər edəcək


20–27 sentyabr 2026-cı il tarixlərində Malayziyanın "MATRADE" ticarət təşviq agentliyinin müvafiq dəvəti ilə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Malayziyanın Kuala-Lumpur şəhərinə işgüzar səfər edəcək.

Səfərin 20–23 sentyabr tarixlərini əhatə edən hissəsində nümayəndə heyətinə Səlahiyyətli Qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik edəcək.

Ələt Azad İqtisadi Zonasının təşviqi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə baş tutacaq səfər çərçivəsində Malayziyanın bir sıra dövlət qurumlarının və aidiyyəti təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçiriləcək. Görüşlər zamanı Azad Zonanın fəaliyyəti və investisiya imkanları təqdim ediləcək, potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq.

Səlahiyyətli Qurum, həmçinin 23–26 sentyabr tarixlərində Kuala-Lumpur şəhərində keçiriləcək "Malaysia International Halal Showcase" (MIHAS) beynəlxalq sərgisində ayrıca stendlə təmsil olunacaq. Sərgi zamanı Azad Zonanın investisiya imkanları beynəlxalq biznes ictimaiyyətinə təqdim ediləcək və potensial investorlarla görüşlər keçiriləcək.

Səfər Ələt Azad İqtisadi Zonasının beynəlxalq səviyyədə təşviqinə, yeni biznes əlaqələrinin qurulmasına və yüksək əlavə dəyər yaradan, ixracyönümlü istehsal layihələrinin Azad Zonaya cəlb olunması istiqamətində yeni imkanların yaradılmasına xidmət edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər