Layihə rəhbəri: "Pirqulu Park" hoteli ən yüksək standartlara cavab verir
Far.Az xəbər saytı

Layihə rəhbəri: "Pirqulu Park" hoteli ən yüksək standartlara cavab verir


"Pirqulu Park" hoteli ən yüksək standartlara cavab verir.

"Far.Az"un Prezidentin izi ilə Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Pirqulu Park" hotelinin layihə rəhbəri Əhəd Əliyev deyib.

O, hoteldə eyni vaxtda 366 qonaq qala biləcəyini vurğulayıb:

"Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, 16 hektarlıq ərazidə inşa olunan kompleksdə biri 188, digəri isə 172 yerlik olan iki hotel binası var. Hotellərdə fərqli kateqoriyalar üzrə 175 nömrə mövcuddur. Eyni zamanda, kompleks ərazisində iki kottec də istifadəyə verilib. Yaradılmış şərait sayəsində hoteldə eyni vaxtda 366 qonaq qala bilər. Kompleksdə restoranlar, kafelər, həmçinin görüş və təlimlərin keçirilməsi üçün 160 yerlik zal da yaradılıb. Bunlardan başqa, kompleksə 600 nəfərlik konqres binası, uşaq əyləncə məkanı və amfiteatr da daxildir. Bir sözlə, kompleksdə ziyarətçilərin yüksək səviyyədə istirahəti və əyləncəsi üçün zəruri şərait yaradılıb".

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər