Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq
Təmayül tədris modeli tətbiq olunan məktəblərin əhatə dairəsi genişləndiriləcək.
"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verlişində deyib.
Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq olunan məktəblərin bəziləri yenidən yaradılıb:
"Həmin məktəblərin nəticələrini nəinki əvvəlki illərlə müqayisə etdikdə, eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük. Bütün bu nəticələrə, müsbət dəyişikliklərə və göstəricilərə əsasən layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar vermişik".
E. Bağırov əlavə edib ki, qısa müddət ərzində daha 90 məktəbin bu layihəyə qoşulması qərarlaşdırılıb:
"16 minə yaxın valideyn müraciəti qeydə alınıb. Artıq həmin məktəblərdə tədris prosesinə də start vermişik. Ümid edirik ki, növbəti tədris ilinin sonunda həmin məktəblər üzrə də yüksək nəticələrlə həm valideynləri, həm də ictimaiyyəti sevindirəcəyik".
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Məktəbin ilk günündən FOTOLAR
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













