Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib
Far.Az xəbər saytı

Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib


Münhenin "Bavariya" klubu Almaniya çempionatının 4-cü turunda Berlinin "Union" komandasını böyük hesabla məğlub edib.

"Far.Az"un məlumatına görə, Münhendə keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya"nın heyətində Maykl Olise het-trik edib. O, 43, 73 və 76-cı dəqiqələrdə fərqlənib. Harri Keyn isə dubl müəllifi olub. İngiltərə millisinin hücumçusu 39-cu və 54-cü dəqiqələrdə qol vurub. Keyn ilk qolunu penaltidən keçirib. Cəmal Musiala 18-ci, İsmayıl Saibari isə 70-ci dəqiqədə hesabı artırıb.

Harri Keyn Almaniya çempionatında 100-cü və 101-ci qollarını vurub. İngilis hücumçusuna bu göstəriciyə çatmaq üçün cəmi 98 oyun lazım olub ki, bu da Bundesliqada yeni rekord olub. Əvvəlki rekord "Köln", "Ştutqart" və "Zaarbrükken" klublarının sabiq hücumçusu Diter Müllerin adına olub. O, Bundesliqada 100-cü qolunu 129-cu matçında vurub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Bavariya" Bundesliqa turnir cədvəlinə başçılıq edib. "Union" isə 1 xalla 16-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər