Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Far.Az xəbər saytı

Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər


Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.

"Far.Az"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.

Alimlər ağciyər xərçənginin ən geniş yayılmış növü olan adenokarsinomanın inkişafı ilə əlaqələndirilən EGFR T790M irsi genetik variantının təsirini araşdırıblar. Məlum olub ki, bu mutasiyanın daşıyıcılarında xəstəliyin inkişaf riski mutasiyası olmayan insanlarla müqayisədə təxminən 25 dəfə yüksəkdir.

Əlaqə xüsusilə heç vaxt siqaret çəkməyən insanlar arasında güclü olub. Bu qrupda mutasiyanın mövcudluğu ağciyər xərçəngi riskinin təxminən 62 dəfə artması ilə əlaqələndirilib. Müqayisə üçün, tədqiqatda siqaret çəkməyin riski təxminən 4 dəfə artırdığı müəyyənləşdirilib.

Tədqiqatın müəllifləri bildiriblər ki, mutasiyanın özü nadir hallarda şişin yaranmasına səbəb olur, lakin EGFR genindəki digər dəyişikliklərlə birlikdə xərçəngin inkişafına şərait yarada bilər.

Alimlər vurğulayıblar ki, ağciyər xərçəngi hallarının böyük əksəriyyəti hələ də siqaret çəkmə ilə əlaqəlidir. Bununla belə, irsi amillərin müəyyənləşdirilməsi bu vərdişi olmayan insanlarda xəstəliyin yaranma riskinin daha dəqiq qiymətləndirilməsinə kömək edə bilər.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər