Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Far.Az xəbər saytı

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb


Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır.

"Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur.

"Gəmiçilik həcmi münaqişədən əvvəlki səviyyədən təxminən 90% aşağı olaraq qalır. İyunun 24-26-da qeydə alınan pik göstəricilərdən sonra gəmilərin keçidi davamlı xarakter alıb", - deyə qurumun hesabatında bildirilib.

Sənədə əsasən, boğazdan keçən gəmilər arasında əsas payı tanker donanması təşkil etməkdə davam edir. Oman sahili boyunca cənub istiqaməti ən yüksək təhlükə səviyyəsinə malik dəhliz olaraq qalır. Silahlı hücumlarla bağlı qeydə alınan 35 hadisənin 22-si məhz bu ərazidə baş verib.

Hesabatda həmçinin vurğulanıb ki, son yeddi gün ərzində ABŞ silahlı qüvvələri İranla əlaqəli kommersiya gəmilərinin boğazdan keçməsinə qarşı fəaliyyətlərini artırıb.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Fars və Oman körfəzlərinin sularında gəmilərin istismardan çıxarılması ilə bağlı bir sıra əməliyyatlar həyata keçirdiyini bildirib", – deyə hesabatda qeyd olunub.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər