ABŞ Çexiyanı NATO-nun kollektiv müdafiəsinə töhfəsini artırmağa çağırıb
Far.Az xəbər saytı

ABŞ Çexiyanı NATO-nun kollektiv müdafiəsinə töhfəsini artırmağa çağırıb


Çexiyanın NATO-nun razılaşdırılmış hədəflərinə çatmaq üçün müdafiə xərclərini artırması lazımdır.

"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən təşkil olunmuş müdafiə məsələləri üzrə Praqa sammitində bildirib.

"Çexiya Respublikasının Haaqada götürdüyü müdafiə öhdəliklərinin yerinə yetirilməsində daha çox irəliləyiş əldə etməməsi məyusluq doğurur", - o deyib.

Amerikalı diplomatın sözlərinə görə, Çexiya müdafiə xərclərinin ən aşağı səviyyədə olduğu NATO ölkələri sırasındadır və bu xərcləri artırmağa davam etməlidir.

"Bu mesajı mən dünən və bu gün şəxsən burada, Çexiyadakı dostlarımıza çatdırdım", - Uitaker qeyd edib.

O həmçinin bildirib ki, ABŞ əvvəlkitək NATO-ya və müttəfiqlərin ərazilərinin müdafiəsinə sadiqdir, lakin alyans ölkələrindən kollektiv müdafiəyə töhfələrini artırmalarını gözləyir.

"Lakin biz müttəfiqlərimizin fəallaşmasını gözləyirik", - ABŞ-nin NATO-dakı səfiri deyib.

Baş nazir Andrey Babişin rəhbərliyi altında Çexiya hökuməti əvvəlki administrasiya tərəfindən təklif olunan cari il üçün müdafiə xərclərini ÜDM-in təxminən 1,7–1,8 %-nə qədər azaldıb. Bununla belə, hakimiyyət gələn il bu göstəricini ÜDM-in 2 %-nə çatdırmağı planlaşdırır.

Qeyd edilib ki, Çexiyada 2035-ci ilə qədər əsas müdafiə xərclərinin ÜDM-in 3,5 %-nə qədər artırılması üzrə NATO-nun 2025-ci ildəki Haaqa sammitində razılaşdırılmış hədəfə çatmaq üçün hələlik dəqiq plan müəyyən edilməyib. ÜDM-in daha 1,5 %-nin müdafiə infrastrukturu ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər