Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər


Azərbaycan və Almaniya iqlim və ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Almaniyanın Azərbaycandakı yeni səfiri Dirk Lölke ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

Tərəflər həmçinin qlobal iqlim gündəliyi çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə ediblər.

"İqlim öhdəliklərinin yerinə yetirilməsini sürətləndirmək və nəzərəçarpacaq tərəqqiyə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", - Babayev qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər