TDT-nin beynəlxalq nüfuzunun artması istiqamətində İlham Əliyevin addımları göz qabağındadır - RƏY
Far.Az xəbər saytı

TDT-nin beynəlxalq nüfuzunun artması istiqamətində İlham Əliyevin addımları göz qabağındadır - RƏY


Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır və daim yüksək qiymətləndirilir.

Bunu "Report"a Milli Məclisin üzvü Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən çıxışını şərh edərkən deyib.

O qeyd edib ki, Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, həmçinin onları bir araya gətirən TDT-nin beynəlxalq nüfuzunun artması istiqamətində İlham Əliyevin atdığı addımlar göz qabağındadır.

Vüqar Rəhimzadə
"Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Zirvə görüşləri ilə yanaşı, hər il qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü də bu məqsədə xidmət edir. Prezident çıxışında bildirdi ki, bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, hamını narahat edir. Dövlət başçısı qeyd edib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək".

Deputat bildirib ki, dövlət başçısının hər bir çıxışında 30 illik işğal dövrünün reallıqları xüsusilə önə çəkilir.

"Ölkə Prezidentinin çıxışları həmin dövrlə bağlı bütün reallıqların əsaslı şəkildə öyrənilməsində zəngin mənbədir. Təxminən 30 il davam edən danışıqların heç bir nəticə vermədiyini vurğulayan dövlət başçısı bildirdi ki, çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı".

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər