Petr Zix: Avropa Şurası Azərbaycanın Ombudsman Aparatı ilə tərəfdaşlıqdan məmnundur
Far.Az xəbər saytı

Petr Zix: Avropa Şurası Azərbaycanın Ombudsman Aparatı ilə tərəfdaşlıqdan məmnundur


Avropa Şurası Ombudsman Aparatı ilə tərəfdaşlıqdan məmnundur.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, bunu Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Lənkaranda seminarda çıxışı zamanı deyib.

O, Lənkəranda olmaqdan məmnunluq duyduğunu söyləyib:

"Burada bərabərliyin təşviqi və ayrı-seçkiliklə mübarizəyə həsr olunan üçgünlük seminarda bir araya gəlmişik. Bu mövzu Avropa Şurası üçün olduqca böyük əhəmiyyət daşıyır. Biz Avropa Şurasının Bakı ofisi olaraq Azərbaycan Respublikasının Ombudsman Aparatı ilə tərəfdaşlıq etməkdən çox məmnunuq. Artıq uzun illərdir ki, birgə əməkdaşlıq edirik və düşünürəm ki, yaxşı nəticələr əldə etmişik".

P.Zix bildirib ki, Avropa Şurasının fəaliyyəti və əldə etdiyi nəticələr ölkədə maraqlı və etibarlı tərəfdaşların olmasından asılıdır:

"Bu üç gün ərzində Ombudsman Aparatının əməkdaşları, Avropa Şurasının ekspertləri və Strasburqdakı həmkarlarımız bir araya gəliblər. Ümid edirik ki, üçgünlük seminarın sonunda bütün iştirakçılar Azərbaycanda bərabərliyin təşviqi və ayrı-seçkiliklə mübarizə istiqamətində daha geniş bilik və bacarıqlara yiyələnəcəklər".

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər