Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
Far.Az xəbər saytı

Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü


Türkiyədə kişi arvadını öldürüb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb.

Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib.

Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondakı fotolarında onun şalvar geyindiyini gördükdən sonra qətli törədib.

Məlumata görə, cinayətkar təxminən dörd il əvvəl narkotik vasitələrin istehsalı və satışı ittihamı ilə həbs olunaraq, həmin müddət ərzində həbsxanada saxlanılıb. Rojda onun azad ediləcəyini öyrəndikdən sonra həyatının təhlükədə olacağından ciddi narahatlıq keçirməyə başlayıb. Buna görə hüquq-mühafizə orqanlarına zəng edərək məlumat verib və qorunma tələb edib.

Bu müraciətdən cəmi iki gün sonra, 27 dekabr 2025-ci ildə Okay Gür evə gələn kimi Rojda ilə mübahisə etməyə başlayıb və onun telefonunu əlindən alıb. Telefona baxarkən Rojdanın şalvar geyindiyi fotoları görən şübhəli "Necə ola bilər ki, sən şalvar geyinirsən?" deyərək mübahisəni davam etdirib.

Daha sonra Rojda ilə danışmaq istədiyini deyərək onu evin qaraj kimi istifadə olunan hissəsinə aparıb. Burada Rojda təxminən 50 santimetr uzunluğunda iplə boğularaq öldürülüb. Daha sonra onun cəsədi evdən təxminən 3 kilometr uzaqlıqda yerləşən çay yatağında basdırılıb.

İstintaq çərçivəsində Okay Gür, kənd sakinləri 64 yaşlı Ömer Dorğun və onun 34 yaşlı oğlu Barış Dorğun saxlanılaraq həbs ediliblər.

İttiham aktında həmçinin qeyd olunub ki, Barış Dorğun ifadəsində Okay Gürün Rojdanı öldürüb basdırdığını ona dediyini və susması müqabilində 1 milyon Türkiyə lirəsi təklif etdiyini bildirib.

Oxşar xəbərlər

Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər