Avstraliyanın sosial media qərarı: "Apple" rəhbəri baş nazirlə görüşdü
Avstraliyanın Baş naziri Entoni Albanese ABŞ-a səfəri çərçivəsində "Apple" şirkətinin baş direktoru Tim Kukla görüşüb.
Far.Az xəbər verir ki, görüş şirkətin ABŞ-dakı baş qərargahında keçirilib. Albanesenin sözlərinə görə, Kuk Avstraliyanın sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı tətbiq etdiyi tədbirləri qabaqcıl addım kimi qiymətləndirib.
Qeyd edək ki, Avstraliya ötən ilin dekabrında 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən ilk ölkə olub.
Sentyabr ayında isə Avstraliya hökuməti istifadəçilərə sosial şəbəkələrdə qarşılarına çıxan məzmunu seçmək imkanı verəcək yeni plan təqdim edib. Digər ölkələrdə də yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsinə oxşar məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir.
Görüş zamanı süni intellekt məsələsi də müzakirə olunub. Albanesenin sözlərinə görə, bu texnologiyanın inkişafı qlobal qaydaların yaradılmasını tələb edir. O bildirib ki, belə qaydalar süni intellektlə bağlı risklərin azaldılmasına və insan nəzarətinin qorunmasına kömək etməlidir.
"Apple" nümayəndəsi isə Kukun internetdə uşaqların təhlükəsizliyinin təmin olunması üçün yeni funksiyalar və idarəetmə vasitələri də daxil olmaqla şirkətin son texnoloji yenilikləri barədə paylaşımına istinad edib.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













