Zaur Qurbanov: "İnsan potensialını regionun ən böyük bilik mərkəzlərindən birinə çeviririk"
Azərbaycan insan potensialını regionun ən böyük bilik mərkəzlərindən birinə çevirir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılışında bildirib.
Onun sözlərinə görə, SOCAR dünyanın aparıcı şirkətləri və institutları ilə bilik mübadiləsi ekosistemi qurur: "Biz Almaniyanın "Uniper" şirkəti ilə birgə idarəetmə proqramları həyata keçirir, mədəni və təhsil mübadiləsi layihələri təşkil edirik. Yaponiyanın JCCP təşkilatı ilə texniki və idarəetmə sahələrində tərəfdaşlıq edir, qadınlar üçün liderlik keyfiyyətlərinin inkişafına və inklüzivliyin təşviqinə xüsusi diqqət yetiririk. Bundan əlavə, Türkiyənin TPAO şirkəti ilə imzalanmış memorandum çərçivəsində geologiya, qazma və digər mühəndislik sahələrində qarşılıqlı seminarlar keçirir, gənclərimizə Türkiyədə peşə təhsili, təqaüd və praktiki təcrübə proqramları təqdim edirik. Bu addımlarla biz insan potensialımızı regionun ən böyük bilik və istedad mərkəzlərindən birinə çeviririk".
Z.Qurbanov deyib ki, SOCAR-ın Xaricdə Təhsil Təqaüd Proqramı əməkdaşların peşəkar inkişafını dəstəkləyir: "Uzun illər ərzində SOCAR bu proqram vasitəsilə beynəlxalq təhsilə mühüm sərmayələr qoyub. Proqram 380 iştirakçını dəstəkləyib. Buraya "Chicago Booth", IMD, İE Universiteti və "Columbia Business School" kimi aparıcı təhsil müəssisələrində İcraçı MBA proqramlarını bitirmiş və ya hazırda təhsil alan 18 rəhbər şəxs də daxildir. Məzunlar icmamız mühüm töhfələr verir, bir çox məzun hazırda SOCAR-da və daha geniş sənaye sektorunda rəhbər vəziyyətlərdə çalışır".
O vurğulayıb ki, SOCAR-ın insan kapitalının inkişafına yanaşmasının bu miqyası və təsiri beynəlxalq səviyyədə də tanınıb: "Bu il həmin proqram "Brandon Hall Group HCM Excellence Awards" mükafatına layiq görülüb ki, bu da bizim dünya səviyyəli istedadların yetişdirilməsinə və gələcəyimizi yönləndirəcək potensiala sərmayə qoyulmasına olan öhdəliyimizi bir daha təsdiqləyir. IMD, "Boğaziçi Universiteti", "Sabancı Universiteti" və "Baker Hughes" Universiteti kimi nüfuzlu qurumlarla beynəlxalq əməkdaşlıq liderlik, idarəetmə, energetika və texniki təhsil sahələrinə qobal təcrübə gətirir. Eyni zamanda, SOCAR ADA Universiteti, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universiteti kimi regional müəssisələrlə tərəfdaşlıq edərək Azərbaycan üzrə ali təhsil ekosisteminin möhkəmləndirilməsinə xüsusi önəm verir".
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













