Robert Mobili: Ermənistandakı revanşist qüvvələr Alban-Udi anlayışından çox narahat olurlar
Far.Az xəbər saytı

Robert Mobili: Ermənistandakı revanşist qüvvələr Alban-Udi anlayışından çox narahat olurlar


Ermənistandakı revanşist qüvvələr Qafqaz Albaniyası kimi, Alban-Udi anlayışından da çox narahat olurlar.

"Far.Az"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu sentyabrın 21-də Alban-Udi xristian dini icması üzvlərinin Gəncəsər monastırını ziyatəti çərçivəsində jurnalistlərə açıqlamasında icmanın rəhbəri Robert Mobili deyib.

Onun sözlərinə görə, icma nümayəndələrinin Gəncəsər monstırını ziyarəti və məbəddə ibadət etmələri çox əhəmiyyətli hadisədir:

"Çox əlamətdardır ki, dünən Azərbaycanın Dövlət Suverenliyi günü qeyd olunub. Bu gün isə müqəddəs Məryəm Ananın mövlud günü və Beynəlxalq Sülh günüdür. İndiyə qədər işğaldan azad olunmuş ərazilərdəki bir çox kilsələrdə olaraq ibadət etmişik, şamlar yandırmışıq. Qafqaz Albaniyasının bir mirvarisi olan Gəncəsər Monastır Kompleksini isə ilk dəfə ziyarət etdik".

R.Mobili Azərbaycanın azad edilmiş ərazilərindəki kilsələrin birmənalı olaraq Alban məbədləri olduğunu bildirib:

"Ermənistandakı revanşist qüvvələr Qafqaz Albaniyası kimi, Alban-Udi anlayışından da çox narahat olurlar. Həqiqət ondan ibarətdir ki, Azərbaycanın azad edilmiş ərazilərindəki kilsələr birmənalı olaraq Alban məbədləridir. Bu irsin tək varisi Azərbaycan dövlətidir. Çox sevindiricidir ki, əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda bizə çox böyük sayğı ilə yanaşılır. Azərbaycan xalqının tolerantlığı, ölkənin sağlam dini mühiti bizə böyük mənəvi güc verir".

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər
Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq
Azərbaycan tarixinin daş yaddaşı - Qafqaz Albaniyası və erməni siyasəti – ŞƏRH
Alban-Udi xristian dini icmasının üzvü: Gəncəsər monastırında öz dilimizdə ibadət etdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər