Şahmat Olimpiadası: Azərbaycanın kişi komandası qələbə qazanıb, qadınlar isə məğlub olublar
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
"Report"un məlumatına görə, kişilərdən ibarət komanda VI turda Argentina ilə üz-üzə gəlib.
Görüş yığmamızın 2,5:1,5 hesablı üstünlüyü ilə bitib. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçəyə razılaşıb, Aydın Süleymanlı isə rəqibinə qalib gəlib.
Qadın şahmatçılarımız isə Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzublar. Xədicə Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova rəqibləri ilə bərabərə qalıblar, Günay Məmmədzadə isə məğlub olub.
Bundan əvvəl kişilərdən ibarət komanda Mərakeşi (4:0), Filippini (3:1) və İsveçrəni (3:1) üstələyib, Çexiya (2:2) və Rumıniya (2:2) ilə heç-heçə edib. Qadın millisi isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiya (3:1) üzərində qələbə qazanıb.
6 turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 8 xalla turnir cədvəlində 11-ci, qadınlardan ibarət kollektiv isə 10 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir və sentyabrın 27-də başa çatacaq.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
Şahmat Olimpiadası: Azərbaycan kişi komandası Rumıniya ilə heç-heçə edib, qadınlar Serbiyanı üstələyib
Global Media Group şahmat turniri təşkil etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













